Yaxın aylarda Ağdam şəhərinə ilk köç yola düşəcək

Yaxın aylarda Ağdam şəhərinə ilk köç yola düşəcək
  30 Avqust 2025    Oxunub:1219
Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.
AzVision.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə belə deyib.

Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir.

“Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq”, - Emin Hüseynov vurğulayıb.

Xüsusi nümayəndə bildirib ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.

AzVision.az


Teqlər: Ağdam   köç  



Xəbər lenti