Pentaqonun adı dəyişdiriləcək

Pentaqonun adı dəyişdiriləcək
  31 Avqust 2025    Oxunub:1333
ABŞ Prezidenti Donald Trampın administrasiyası Müdafiə Nazirliyinin adının yenidən Müharibə Departamenti olaraq dəyişdirilməsinin yollarını araşdırır.
Wall Street Journal-ın məlumatına görə, Trampın prezidentliyə qayıdışından sonra Pentaqon rəhbərliyi bu məsələyə dair “qanunvericilik təklifləri” üzərində işləməyə başlayıb. Məqsəd quruma 1789–1947-ci illərdə daşıdığı əvvəlki adını və funksiyasını qaytarmaqdır.

Mənbələrin bildirdiyinə görə, belə bir addım Konqresin təsdiqini tələb etdiyindən, Ağ Ev alternativ mexanizmlər axtarmağa başlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti