Azərbaycanda yol terroru- STATİSTİKA

Azərbaycanda yol terroru- STATİSTİKA
  23 Aprel 2013    Oxunub:1689
Respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanda, o cümlədən paytaxt Bakıda 2013-cü ilin ilk 3 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin, eləcə də bu zaman ölən və xəsarət alanların sayı ötən illərlə müqayisədə artıb.

2013-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 335254 yol hərəkəti qaydaları pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 2098, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 45922, ötmə qaydalarının pozulması üzrə 6461, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 8950, sərnişin daşıma qaydalarının pozulması üzrə 1325 fakt aşkar ediblər.

Yol hərəkəti qaydaları pozuntusuna görə 271 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.

Rüb ərzində respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb.

Bakı şəhəri ərazisində 221 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 80 nəfər həlak olub, 211 nəfər yaralanıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 54 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş 258 nəfərdən 201-i kişilər, 57-i qadınlar, xəsarət almış 691 nəfərdən isə 533-ü kişilər, 158-i qadınlar təşkil ediblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti