Prezident: "Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır"

      Prezident:    "Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır"
  01 Sentyabr 2025    Oxunub:1261
Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

“Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, - deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb deyən Dövlətimizin başçısı bu dəhlizlə yüklərin daşınması vaxtının xeyli azaldığını qeyd edib. Prezident, həmçinin bildirib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.

AzVision.az



Teqlər:



Xəbər lenti