Masazırda yaşayış evindəki yanğında iki nəfər ölüb

   Masazırda yaşayış evindəki yanğında iki nəfər ölüb
  02 Sentyabr 2025    Oxunub:398
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Yanğın nəticəsində ölən şəxlərin adları da məlum olub.Onlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır.

AzVision.az



Teqlər:



Xəbər lenti