2009-cu ildə Sayed Əlixani adlı iranlı broker Panamanın “Ocean Glory Giant” şirkətinin vasitəsilə Çinə neft satışını təşkil edib. Ümumilikdə Çinə $9,6 milyard dəyərində 130 milyon barrel neft çatdırılıb. Sxemə əsasən, tankerlər Britaniyanın Virciniya adalarında qeydə alınmış offşor şirkətinə girov qoyulurmuş. Bunun sayəsində sanksiyalardan yayınaraq, bank əməliyyatlarını həyata keçirmək mümkün olub. Neftin pulu ödənməyəndə sadəcə olaraq, tanker girov sahibinin mülkiyyətinə keçirmiş.
Bundan başqa, bəzi tankerlər nefti elə açıq dənizdəcə bir-birinə ötürürmüşlər. Sonra həmin neft başqa ölkələrin adından Çinə çatdırılırmış.
“Ocean Glory” ilə əlaqəli şirkətlər müxtəlif ölkələrin, o cümlədən, İsveçrə, Hindistan, Panamanın yurisdiksiyası altında fəaliyyət göstəriblər. Məsələ qismən aydınlaşanda ABŞ “Ocean Glory” şirkətinin gəmilərinə - məsələn, “Ceres I” tankerinə sanksiya tətbiq edib.
Ekspertlərin fikrincə, “Ocean Glory” şirkətinin bu sxemi Çinin təşkil etdiyi daha böyük şəbəkənin tərkib hissəsi də ola bilər. Dünya neft bazarında beynəlxalq sanksiyaları aşmaq üçün bir neçə belə sxem fəaliyyət göstərir.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


