Mərkəzi Bankın valyuta ehtiyatları bəlli olub

   Mərkəzi Bankın valyuta ehtiyatları bəlli olub
  02 Sentyabr 2025    Oxunub:1260
2025-ci il sentyabr ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 249.4 milyon ABŞ dolları təşkil edib.
AzVision.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0.52% və ya 58.2 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% və ya 534.1 milyon ABŞ dolları azalıb.

AzVision.az



Teqlər:



Xəbər lenti