Aİ-nin yeni səfiri Azərbaycana gəlib

   Aİ-nin yeni səfiri Azərbaycana gəlib
  02 Sentyabr 2025    Oxunub:470
Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Marijana Kujundjiç Bakıya gəlib.
Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib. Qeyd olunub ki, bu təyinatdan öncə Marijana Kujundjiç Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olaraq çalışıb. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

AzVision.az




Teqlər:



Xəbər lenti