Prezident Pekində qələbə paradını izləyib

   Prezident Pekində qələbə paradını izləyib
  03 Sentyabr 2025    Oxunub:1391
Çinin paytaxtı Pekində Yapon işğalına qarşı xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paradı izləmək üçün Çinin paytaxtı Pekindəki Tiananmen meydanına gəliblər.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Prezident İlham Əliyev ilə birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tiananmen meydanında paradı izləyiblər.

AzVision.az


Teqlər: Prezident   Çin   parad  



Xəbər lenti