NİİM piyada keçidlərindən istifadə ilə bağlı müraciət yayıb

NİİM piyada keçidlərindən istifadə ilə bağlı müraciət yayıb
  03 Sentyabr 2025    Oxunub:973
Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AzVision.az -a verilən məlumata görə, qəza ötən gün axşam saatlarında qeydə alınıb.

NİİM bu kimi hallarla bağlı həm piyadalara, həm də sürücülərə müraciət edib:

"Piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir:

1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir!;
2. "Keçid olmasa da olar, deyib, yolu keçməyin". Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada keçidlərindən keçin!;
3. Svetoforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir!;
4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən hassas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.

Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir".

AzVision.az


Teqlər: NİİM  



Xəbər lenti