Gömrükdən qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb

Gömrükdən qanunsuz qızıl keçirilməsinin qarşısı alınıb
  03 Sentyabr 2025    Oxunub:993
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub. Onun üzərində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 712 qram olan 10 ədəd "Pamp" markalı qızıl külçə aşkar edilib.

AzVision.az


Teqlər: gömrük  



Xəbər lenti