ETX: "Telegram"da yeni dələduzluq halları yayılıb"

   ETX:    "Telegram"da yeni dələduzluq halları yayılıb"
  03 Sentyabr 2025    Oxunub:901
"Telegram" platformasında yeni dələduzluq halları müşahidə olunur".
Elektron Təhlükəsizlik Xidmətinə AzVision.az -a verilən məlumata görə, platforma istifadəçilərinə "Hi, şəkilləriniz…" tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır. İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur. Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir. Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edir.

AzVision.az


Teqlər: ETX  



Xəbər lenti