Dəmir yolu üzrə sərnişin daşımaları artıb

Dəmir yolu üzrə sərnişin daşımaları artıb
  03 Sentyabr 2025    Oxunub:1167
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 12% daha çox sərnişin daşıyıb.
ADY-dən AzVision.az -a verilən məlumata əsasən, cari ilin avqustunda ADY 734 218 sərnişin daşıyıb.

Bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi isə (6 212 865 sərnişin) keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.

AzVision.az


Teqlər: ADY  



Xəbər lenti