Səmərqəndə uçan təyyarə Bakıya enib

Səmərqəndə uçan təyyarə Bakıya enib
  04 Sentyabr 2025    Oxunub:1051
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.
Aeroportdan AzVision.az -a verilən məlumata görə, səbəb göyərtədə sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Məlumata görə, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib.

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.

AzVision.az


Teqlər: hava-limanı  



Xəbər lenti