Apteklərdə nöqsanlar aşkarlanıb

Apteklərdə nöqsanlar aşkarlanıb
  04 Sentyabr 2025    Oxunub:920
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ötən ay 23 aptekdə yoxlama keçirib.
Mərkəzdən AzVision.az -a verilən məlumata əsasən, yoxlamalardan 12-si Bakıda, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb.

Aparılan yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

AzVision.az


Teqlər: aptek  



Xəbər lenti