DİN rəhbəri Naftalanda vətəndaşlarla görüşüb
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


