MM-in növbədənkənar sessiyası çağırılacaq

   MM-in növbədənkənar sessiyası çağırılacaq
  05 Sentyabr 2025    Oxunub:1018
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, sədr Sahibə Qafarova müraciəti nəzərə alaraq, növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sentyabrın 9-da növbədənkənar sessiya çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçiriləcək.

AzVision.az


Teqlər: MM  



Xəbər lenti