Elektrobuslar üçün yeni rüsum müəyyənləşir

Elektrobuslar üçün yeni rüsum müəyyənləşir
  05 Sentyabr 2025    Oxunub:1075
"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, Baş nazir Əli əsədov bu barədə qərar imzalayıb

Oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15% idxal gömrük rüsumu müəyyənləşib.

Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

AzVision.az


Teqlər: NK  



Xəbər lenti