İki küçədə hərəkət məhdudlaşdırılacaq

İki küçədə hərəkət məhdudlaşdırılacaq
  05 Sentyabr 2025    Oxunub:1094
Bakı şəhərinin bəzi yol sahələrində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AzVision.az -a məlumat verilib ki, sentyabrın 7-dən etibarən təmir işləri başa çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay küçəsindən Nurəddin Süleymanov küçəsinədək hissəsində, həmçinin həmin gün saat 07:00-dan 22:00-dək Nəsimi rayonu, Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində) nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük vermələri xahiş olunur.

AzVision.az


Teqlər: AAYDA  



Xəbər lenti