Oğuzda ağacları kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğuzda ağacları kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb
  05 Sentyabr 2025    Oxunub:527
Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti