Daşkəsəndə güclü sel tələfata yol açıb

Daşkəsəndə güclü sel tələfata yol açıb
  05 Sentyabr 2025    Oxunub:610
Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.
AzVision.az xəbər verir ki, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.

Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.

Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti