BDYPİ yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb

BDYPİ yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb
  06 Sentyabr 2025    Oxunub:1093
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.
AzVision.az xəbər verir ki, BDYPİ-nin müraciətində magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırdığı və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranmasının vacibliyi qeyd olunur.

Yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılması zərurəti vurğulanır.

Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.

BDYPİ bir daha diqqətə çatdırır ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.

AzVision.az


Teqlər: BDYPİ   çağırış  



Xəbər lenti