Şəmkirdə qayınata kürəkənini qətlə yetirib

Şəmkirdə qayınata kürəkənini qətlə yetirib
  06 Sentyabr 2025    Oxunub:1219
Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
AzVision.az xəbər verir ki, qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub. Bundan sonra onlar qeyri-rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq yaranıb və onlar ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını “TikTok” sosial şəbəkəsində paylaşıb.

Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. 2 gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qalıb.

Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevi xilas etmək mümkün olmayıb. Sənan Əsgəovun müalicəsi xəstəxanada davam etdirilir.

Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini deyibmiş. Hadisə vaxtı S. Əsgərovun sərxoş olduğu bildirilir.

AzVision.az


Teqlər: Şəmkir   qətl  



Xəbər lenti