Xüsusi əməliyyatlar zamanı 20-dən artıq şəxs saxlanılıb
Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədilə də əməliyyatlar keçirilib.
Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Baş idarənin əməkdaşları tərəfindən qeyd edilən istiqamətlə hüquqazidd əməllərə yol verən digər şəxslərin də dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyarlar davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


