Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri açıqlanıb
  06 Sentyabr 2025    Oxunub:1015
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə 2025/2026-cı tədris ili üçün şagird qəbulu imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri bəlli olub.
AzVision.az Mədəniyyət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

AzVision.az


Teqlər: mədəniyyət   imtahanlar   nəticələr  



Xəbər lenti