Səkkiz OPEC+ ölkəsi neft hasilatını azaldacaq

Səkkiz OPEC+ ölkəsi neft hasilatını azaldacaq
  07 Sentyabr 2025    Oxunub:1002
Sentyabrın 7-də səkkiz OPEC+ ölkəsi - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal neft bazarındakı vəziyyəti qiymətləndirmək üçün onlayn iclas keçirib.
"OPEC"in saytında verilən məlumata görə, sabit iqtisadi perspektivlərə və bazarın əlverişli fundamental göstəricilərinə istinad edərək, ölkələr qrupu 2023-cü ilin aprelində elan olunmuş gündə 1,65 milyon barel həcmində könüllü azalmaya əlavə olaraq, hasilatın gündə 137 min barel tənzimlənməsi barədə qərar qəbul edib. Bildirilib ki, dəyişiklik 2025-ci ilin oktyabrında qüvvəyə minəcək və həcmlərin bazar şərtlərindən asılı olaraq mərhələli şəkildə bərpası mümkündür.

Ölkələr Əməkdaşlıq Bəyannaməsinə sadiqliklərini təsdiqləyərək 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barel azalma da daxil olmaqla, əvvəlki könüllü azalmaların dayandırılması və ya geri qaytarılması üçün çevikliyi vurğuladılar. Onlar həmçinin 2024-cü ilin yanvar ayından etibarən istənilən artıq hasilatı tam kompensasiya etməyi öhdələrinə götürdülər.

AzVision.az



Teqlər:



Xəbər lenti