Bu ilin 8 ayında 36 mindən çox şəxsə əlillik təyin olunub

Bu ilin 8 ayında 36 mindən çox şəxsə əlillik təyin olunub
  08 Sentyabr 2025    Oxunub:541
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə əlillik təyin edib.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Onlardan 16,2 min şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.


AzVision.az



Teqlər:



Xəbər lenti