Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb

   Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb
  08 Sentyabr 2025    Oxunub:465
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 8-də Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb.
Bu mərhələdə Xanyurdu kəndinə 15 ailə - 46 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

AzVision.az



Teqlər:



Xəbər lenti