BMT-nin Komitəsinə ilk dəfə azərbaycanlı sədr müavini seçilib
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov Komitə sədrinin müavini seçilib.
Bununla da ilk dəfədir bu postda azərbaycanlı nümayəndə təmsil olunmağa başlayıb.
Qeyd edək ki, 1985-ci ildə təsis edilmiş sözügedən Komitə İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarının həmin Pakta tərəfdar dövlətlər tərəfindən Paktın icrası üzrə monitorinqini aparır. Komitə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına nəzarət edir və Konvensiya üzrə öhdəliklərini yerinə yetirməkdə BMT-nin İqtisadi və Sosial Şurasına kömək edir.
Xatırladaq ki, Nadir Adilov 18 üzvdən ibarət olan Komitəyə ilk dəfə Azərbaycan nümayəndəsi olaraq 2021-2024-cü illər ərzində, sonra isə 2025-2028-ci illər üzrə üzvü seçilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


