Sərhədi pozan İraq vətəndaşı saxlanılıb

Sərhədi pozan İraq vətəndaşı saxlanılıb
  10 Sentyabr 2025    Oxunub:463
Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti