Sentyabrın 22-i Azərbaycana payız gələcək

   Sentyabrın 22-i Azərbaycana payız gələcək
  10 Sentyabr 2025    Oxunub:526
Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AzVision.az -a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq.

Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.


AzVision.az




Teqlər:



Xəbər lenti