BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
“Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur, digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır, yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdırlar. Unutmayaq ki, səhlənkar davranış yüzlərlə insanın hərəkətində gecikməyə səbəb olur”, - deyə xəbərdarlıqda vurğulanıb.
BDYPİ bir daha bütün sürücülərin diqqətinə çatdırıb ki, parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verilməməlidir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


