Pensiya yaşına az qalanların işdən çıxarılması qadağan edilə bilər
"Müşahidələr göstərir ki, pensiya yaşına çox az qalmış bəzi vətəndaşlar işdən azad olunurlar. Pensiya yaşına, belə deyək, iki il qalmış işdən azad edilən şəxsin yeni iş tapması çətin olur. Bir sıra ölkələrdə belə hallar qadağan olunub.
Məsələn, Qazaxıstanın Əmək Məcəlləsinə əsasən, ştatın və ya müəssisənin ləğvi istisna olmaqla, digər hallarda pensiya yaşına az qalmış şəxsin işdən azad edilməsi qadağan olunub. Hesab edirəm ki, Azərbaycanda da Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilməli, pensiya yaşına az müddət qalan şəxsin işdən azad olunması qadağan edilməlidir". Komitə sədri Musa Quliyev deputatın bu təklifini müsbət dəyərləndirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


