Xocalı və Xocavəndə köç karvanı yola salınıb

 Xocalı və Xocavəndə köç karvanı yola salınıb
  11 Sentyabr 2025    Oxunub:1126
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
AzVision.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı Bazara 10 ailə, 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım

Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


AzVision.az


Teqlər:



Xəbər lenti