Qızılağac Milli Parkında yanğın başlayıb

Qızılağac Milli Parkında yanğın başlayıb
  13 Sentyabr 2025    Oxunub:1107
Qızılağac Milli Parkının ərazisində yanğın qeydə alınıb.
AzVision.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. İlkin məlumatlara əsasən, yanğın təqribən 10 hektara yaxın ərazini əhatə edir.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar hərəkətə keçib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin Masallı və Lənkəran rayonlarından texnikaları, həmçinin canlı qüvvələri əraziyə cəlb olunub.

Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün hazırda intensiv tədbirər görülür.

AzVision.az


Teqlər: Qızılağac   yanğın  



Xəbər lenti