Qubada erkən nikahın qarşısı alınıb, toy ləğv edilib

Qubada erkən nikahın qarşısı alınıb, toy ləğv edilib
  13 Sentyabr 2025    Oxunub:841
Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a bildirilb ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti