Cəlilabadda məktəblinin qətli ilə bağlı cinayət işi başlanıb

Cəlilabadda məktəblinin qətli ilə bağlı cinayət işi başlanıb
  16 Sentyabr 2025    Oxunub:494
Ehtiyatsızlıqdan adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti