Xəzər üzrə İşçi Qrupun növbəti iclası Azərbaycanda keçiriləcək
İclasda Azərbaycan (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran (nümayəndə heyətinin rəhbəri - K. Qarib Abadi), Qazaxıstan (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya (nümayəndə heyətinin rəhbəri - N.Udoviçenko) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa Türkmənistan nümayəndə heyətinin rəhbəri M.Atacanov sədrlik edib. Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin metodikasının müzakirəsini davam etdiriblər. Tədbir zamanı Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub, beştərəfli qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.
YSİQ-in növbəti iclası Azərbaycanda diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


