Yağmurlu hava sentyabrın 21-dək davam edəcək

   Yağmurlu hava sentyabrın 21-dək davam edəcək
  17 Sentyabr 2025    Oxunub:800
Azərbaycanda müşahidə edilən yağıntılı havanın sentyabrın 21-dək davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Gülşad Məmmədova əlavə edib ki, bölgələrdə də analoji hava sentyabrın 21-i gündüzədək davam edəcək.

"Bəzi yerlərdə yağışın intensivləşəcəyi, leysan yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Sentyabrın 19-da bəzi yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə 7-11 dərəcə isti olacaq", - deyə o qeyd edib.


AzVision.az


Teqlər:



Xəbər lenti