Binəqədidə sexin döşəməsi çöküb, ölən var

Binəqədidə sexin döşəməsi çöküb, ölən var
  18 Sentyabr 2025    Oxunub:439
Binəqədidə sexin döşəməsinin çökməsi nəticəsində baş verən ölüm faktı araşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti