Şəmistan Nəzirli dünyasını dəyişib

Şəmistan Nəzirli dünyasını dəyişib
  20 Sentyabr 2025    Oxunub:1138
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında vəfat edib.
AzVision.az bildirir ki, bu barədə APA-ya Elçin Şıxlı məlumat verib. O bildirib ki, hazırda Şəmistan Nəzirlinin nəşi Bakıya gətirilir.

Şəmistan Nəzirli Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973–1991), Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri (1991–1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992–1996), Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru (1996–1998) kimi fəaliyyət göstərib.

2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

AzVision.az


Teqlər: jurnalist   vəfat  



Xəbər lenti