Bakıda binada yanğın olub, onlarla sakin təxliyə edilib
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin on birinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində binanın 25 sakini təxliyə olunub. Xəsarət alan yoxdur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


