Bakıda təmir edilən binalardakı böyük təhlükə I VİDEO

   Bakıda təmir edilən binalardakı böyük təhlükə    I VİDEO
  23 Sentyabr 2025    Oxunub:775
Bakıda bəzi binaların yalnız magistral yola, mərkəzə baxan hissəsi təmir olunur, digər tərəfinə isə toxunulmur. Bu kimi hal Yasamal rayonu ərazisindəki İnşaatçılar və Mətbuat prospektlərində də qeydə alınıb.
AzVision.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb. Bildirilib ki, bu binalar uzaqdan təmirli görünsə də, arxa tərəfindəki həyət diqqətdən kənarda qalıb. Bəzən yoldan keçənlər isə bu təhlükənin fərqində belə olmur. Sakinlər bildirib ki, hərdən bu binaların təmir olunmayan hissələrindən daşlar tökülür.



Başqa bir sakinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciət olunub, lakin heç bir iş görülmür: “Başımızı aldadırlar. Bu, hazır bombadı da. Dəfələrlə burada maşınlar əzilib. Yaxın duran yoxdur”.

AzVision.az



Teqlər:



Xəbər lenti