Xamenei söz verdi
“Təbii ki, nüvə silahı yaratmaq istəyən ölkələr onu 90%-ə qədər zənginləşdirir. Silahlara ehtiyacımız olmadığına və onu ləğv etmək qərarına gəldiyimizə görə zənginləşdirməni o qədər də artırmamışıq. Biz bunu 60%-ə çatdırmışıq, bu, çox yüksək göstəricidir və çox yaxşı rəqəmdir, ölkəmizin üzləşdiyi bəzi problemlərin həlli üçün lazımdır”, - İranın rəhbəri vurğulayıb.
Əli Xamnei bildirib ki, başqa doqquz ölkənin öz arsenalında nüvə silahı olmasına baxmayaraq, İranın nüvə silahı “mövcud deyil və olmayacaq”.
Xatırladaq ki, sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının ölkəyə qarşı sanksiyaları bərpa etmək qərarından sonra İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


