Əlilliyi olan 28 mindən artıq uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 28 mindən artıq uşağa reabilitasiya xidmətləri göstərilib
  24 Sentyabr 2025    Oxunub:1087
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-avqust aylarında əlilliyi olan 28,2 min uşağa xidmətlər göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan 19,2 mini ambulator, 1,4 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti