Paytaxt əhalisi ərzağa 22 milyard xərcələyib
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 % artaraq 12 milyard 955,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 % artaraq 10 milyard 598,8 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 % artıb.
İstehlak məhsullarının 38,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


