Vətən müharibəsi şəhidləri Xocalıda yad olunub
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.
Çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən söz açıblar. Bildirilib ki, Zəfərin davamı olaraq 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Qeyd olunub ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarından illərlə didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin olunur. “Böyük Qayıdış” Proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı, kəndlərə də mərhələli şəkildə köç həyata keçirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


