Küləkli hava ilə bağlı xəbərdarlıq

Küləkli hava ilə bağlı    xəbərdarlıq
  26 Sentyabr 2025    Oxunub:630
Sentyabrın 28-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR-da, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Tərtər, Ağdam, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Qubadlı, Ağcabədi, Salyan, Sabirabad, Saatlı, Yevlax, Bərdə, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, İmişli, Şabran, Qax, Zaqatala, Balakən, Şəki, Şamaxı, Oğuz, Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Ağsu, Göyçay, Şirvan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Məlumata görə,Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Daşkəsən, Qobustan, Gəncə, Naftalan və Goranboyda da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti