ETN rəhbərliyi Zəfər parkını ziyarət edib

ETN rəhbərliyi Zəfər parkını ziyarət edib
  27 Sentyabr 2025    Oxunub:1059
Elm və Təhsil Nazirliyinin (ETN) rəhbərliyi və kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata əsasən, ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

AzVision.az


Teqlər: Anım-Günü  



Xəbər lenti