Cabir İmanovla vida mərasimi keçirilib

   Cabir İmanovla vida mərasimi keçirilib
  30 Sentyabr 2025    Oxunub:728
Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan mərasimdə mərhumun ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Cabir İmanovun qardaşı, Əməkdar artist Tahir İmanov mərhumla bağlı xatirələrini bölüşüb.

Tahir İmanov qeyd edib ki, qardaşı Qarabağın və xüsusilə Şuşanın azad olunması xəbərini böyük sevinc və qürurla qarşılamışdı. O bildirib ki, Cabirin sənəti, insanlara olan səmimiyyəti və vətənə bağlılığı heç vaxt unudulmayacaq.

Qeyd edək ki, Əməkdar artist Cabir İmanov “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti